Baş nazir istefa verdi

Baş nazir istefa verdi
  14 Noyabr 2016    Oxunub:2805
Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin istefaya göndərilməsi barədə ərizə verib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, baş nazirin istefa verməsinə səbəb onun partiyasının namizədi Tsetska Tsaçevanın prezident seçkilərində məğlub olması göstərilib.

Ötən gün Bolqarıstanda prezident seçkiləri keçirilib. Prezident seçkilərinin 2-ci turunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev qalib gəlib.

Radev seçicilərin 58,5 faizinin səsini qazanıb. Onun rəqibi hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva isə seçkini 35 faiz səslə başa vurub.

Qeyd edək ki, Rumen Radev Rusiyameyilli baxışları ilə seçilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti