`Yeni Nəfəs-2` iştirakçıları üçün seminarlar keçiriləcək

`Yeni Nəfəs-2` iştirakçıları üçün seminarlar keçiriləcək
  14 Noyabr 2016    Oxunub:1637
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün “Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarlar keçirəcək.

Seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri,xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım,Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

Seminarlar istedadlı gənclərin yaradıcılıq səviyyəsinin təkmilləşdirilməsinə təkan verəcək.Yaradıcı gənclər üçün seminarlar noyabr-dekabr aylarında Kinematoqrafçılar İttifaqlnda keçiriləcək.



Teqlər:





Xəbər lenti