İstanbulda güclü partlayış - Yaralılar var

İstanbulda güclü partlayış - Yaralılar var
  14 Noyabr 2016    Oxunub:2487
İstanbulun Sultanbeyli sənaye şəhərciyində yerləşən fabrikdə güclü partlayış olub.
AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində onlarla insan yaralanıb. Hadisəyə səbəb kimi buxar qazanının partlaması göstərilir.

Partlayışın gücündən ətrafdakı obyektlərə ciddi ziyan dəyib. Hadisə yerinə təcili yardım və yanğınsöndürmə maşınları cəlb edilib. Fabrik saç boyası istehsalı ilə məşğul olurmuş.

AzVision.az


Teqlər:  





Xəbər lenti