Tramp yaxın dostunu Kerrinin yerinə gətirir

Tramp yaxın dostunu Kerrinin yerinə gətirir
  15 Noyabr 2016    Oxunub:2413
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın komandası dövlət katibi postuna Nyu-Yorkun sabiq meri Rudolf Culiani və ya ABŞ-ın BMT-dəki sabiq səfiri Con Boltonu təyin etmək istəyir.
AzVision.az “The Wall Street Journal”-a (WSJ) istinadən xəbər verir ki, Culiani Trampın dostu və tərəfdaşdır. Bolton isə neokonservator olaraq tanınır. O, 2015-ci ildə İranın bombardman edilməsi prosesinin başlaması barədə bəyanatlar səsləndirib.

Yeni seçilən prezident bu barədə qərarı yaxın bir neçə həftə ərzində verməlidir, siyahının dəyişəcəyi istisna edilmir.

Qeyd edək ki, ABŞ-da prezident seçkilərində qələbə qazanan Donald Tramp ötən gün yeni administrasiya rəhbərinin adını açıqlayıb. Administrasiyanın yeni rəhbəri Respublika partiyasının Milli komitəsinin hazırkı sədri Rayns Pribus olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti