Bir ailənin faciəsi: Ana və 5 uşağı yanaraq öldü

Bir ailənin faciəsi: Ana və 5 uşağı yanaraq öldü
  15 Noyabr 2016    Oxunub:3747
Rusiyanın Tver vilayətinin Penkovo kəndində güclü yanğın olub. Hadisə nəticəsində altı nəfər yanaraq ölüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, noyabrın 15-də gecə saatlarında baş verən yanğın zamanı ana və 5 uşağının öldüyü məlum olub.

Yanğın nəticəsində bir kişi xəsarət alıb. O, orta dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 14 texnika cəlb olunub. Səhərə yaxın yanğın söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti