`ABŞ hərbi cinayətlər törədib` - Beynəlxalq Cinayət Məhkəməsi (YENİLƏNİB)

`ABŞ hərbi cinayətlər törədib` - Beynəlxalq Cinayət Məhkəməsi (YENİLƏNİB)
  15 Noyabr 2016    Oxunub:6346
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.

AzVision.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.

“Mövcud məlumatlar ABŞ hərbçiləri, həmçinin MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini sübut edib. Hərbçilər lazımi məlumatı əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, - Bensuda qeyd edib.

Hesabatda, həmçinin vurğulanıb ki, amerikalılar hərbi cinayətləri 2003-cü ilin mayın birindən 2004-cü ilin dekabrına qədər olan müddətdə ən azı 61 nəfərə qarşı həyata keçiriblər. Prokurorun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.

Bensuda öz hesabatında MKİ əməkdaşları tərəfindən törədilən cinayətlərə geniş yer ayırıb. Hesabatda vurğulanıb ki, MKİ əməkdaşları Əfqanıstan və digər Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələrdə (Polşa, Rumıniya və Litva) 2002-ci ilin dekabr - 2008-ci ilin mart ayına qədər olan müddətdə 27 nəfərin saxlanılması üzrə əməliyyatlar zamanı işgəncədən istifadə edib, onlara zorakılıqla davranıb və özlərini lazım formada aparmayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti