Türkiyədə daha 29 FETÖ-çu saxlanılıb

Türkiyədə daha 29 FETÖ-çu saxlanılıb
  15 Noyabr 2016    Oxunub:1354
Türkiyə polisi İzmir şəhərində yerləşən Katip Çələbi universitetində FETÖ terror qruplaşmasının tərəfdarlarına qarşı əməliyyat keçirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində hüquq-mühafizə orqanları universitetinin 29 əməkdaşını saxlayıb.

Məlumata görə, şübhəli şəxslər arasında 15 iyul dövlət çevirilişinə cəhd zamanı Ankarada kəşfiyyat və xüsusi təyinatlı polis qüvvələrinin binasına zərbələr endirən hərbi pilotin həyat yoldaşı da var. Hazırda saxlanılan şəxslərin mənzillərində axtarış keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti