Müsəlmanlar üçün smartfon hazırlanıb

Müsəlmanlar üçün smartfon hazırlanıb
  15 Noyabr 2016    Oxunub:1586
Rusiyada ilk müsəlman smartfonu hazırlanıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BQ brendinin təqdim etdiyi “Belief” markalı ilk müsəlman smartfonu duanın dəqiq vaxtını və namazın başladığını xəbər verir.

Bundan başqa smartfon menyusunda halal yeməklər olan restoranın yerləşdiyi yeri müəyyən edir. Telefonda “Quran”ı mətn formasında oxumaq və yaxud audio variantda səsləndirmək olar.

Qeyd edək ki, Smartfon Android 6.0 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti