`Tramp ABŞ-ın sonuncu prezidenti olacaq` - Şok proqnoz

`Tramp ABŞ-ın sonuncu prezidenti olacaq` - Şok proqnoz
  15 Noyabr 2016    Oxunub:4148
Bolqarıstanlı kahin Vanqanın kəhanətləri ölümündən sonra reallaşmağa başlayır.
AzVision.az xəbər verir ki, Barak Obamanın ABŞ-ın 44-cü prezidenti olacağını deyən Vanqa ondan sonrakı 45-ci prezidentin ölkənin son rəhbəri olacağını işarə edib.

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da hər şeyin pisləşəcəyini deyənlər Vanqanın bu kəhanətindən sübut kimi istifadə edirlər.

Vanqanın gələcəklə bağlı söylədikləri: 2016-ci ildə Avropada əhalinin sayı azalacaq.

2018 -ci ildə Dünyanın yeni hakimi Çin olacaq. Çin iqtisadi baxımdan güclənəcək.
2043-cü ildə müsəlman dövləti Avropada ən güclü lider olacaq.

2046 -ci ildə müalicə edilə bilməyən orqan qalmayacaq. Xəstə orqanın yerinə yenisi düzəldiləcək.

2076-ci ildə bütün dünyada sinifsiz kommunizm sistemi mövcud olacaq.

2088-ci ildə bütün xəstəliklər bir neçə saniyə ərzində müalicə ediləcək. 2097 –ci ildə tez qocalmanın çarəsi tapılacaq.
2167 –ci ildə yeni din meydana gələcək.

2304-ci ildə ayın sirri məlum olacaq.

3005-ci ildə Marsda müharibə olacaq.

3797-ci ildə dünyanın sonu olacaq və başqa bir planetdə yeni həyat başlayacaq.

Vanqanın bu günə qədər reallaşan kəhanətlərindən bir neçəsinə diqqət çəkək. Vanqanın Vladimir Putinlə bağlı söylədikləri düz çıxmışdı. O, Putinin qələbəsinin dünyanın gedişini dəyişəcəyini demişdi. 1994-cü ildə Rusiyanın Gürcüstanı işğal etməsi Putinin prezidentliyə yolunu açmışdı. Vanqanın “İki amerikalı qardaş iki qoşa bina ilə toqquşacaq və göy aydınlanacaq” ifadəsi 11 sentyabr terror hücumuna işarə idi.

Vanqa Suriya kəhanətində “2011-ci il xüsusi il olacaq. İnsanlar dəyişəcək və bütün dünya dəyişəcək. Yazda Orta-Şərq ölkələrinin birində müharibə olacaq. Və bu müharibə 3-cü dünya müharibəsinin başlanğıcı olacaq. Qiyamət reallaşacaq, amma buna çox var. Hələ Suriya təslim olmayıb” deyə qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti