BƏƏ - Yaxın Şərqdə tolerantlıq simvolu

BƏƏ - Yaxın Şərqdə tolerantlıq simvolu
  15 Noyabr 2016    Oxunub:3944
Birləşmiş Ərəb Əmirlikləri 2016-cı ildə dünyada tolerantlıq və yerli mədəniyyətin açıqlığı üzrə milli mədəniyyət indeksinə görə ilk üçlüyə daxil olub.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri hökuməti və xalqı başqa din və əqidələrə hörmət və ehtiramla yanaşaraq böyük bir tolerantlıq nümunəsi nümayiş etdirir. Tolerantlıq Birləşmiş Ərəb Əmirliyi cəmiyyətində möhkəm köklərə malikdir. Tolerantlıq Nazirliyi öz uzaqgörən siyasətində bəşəriyyətə xidmət edən tolerantlıq nümunələrinə geniş yer verir. Təsadüfü deyil ki, Şeyx Zəid ibn Sultan Ən Nahiyə belə qeyd edir :” Biz müsəlmanıq. Necə ola bilər ki tolerantlığı əldə rəhbər tutmayaq ? Bu çox qəribə olardı. Hər bir mömün rəhimli və tolerant olmalıdır”. Şeyx Xəlifə ibn Zəid Ən Nəhyaya isə qeyd edir ki, BƏƏ öz əlaqələrini digər dövlətlərlə qarşılıqlı ehtiram, hörmət , qarşılıqlı əməkdaşlıq, dialoq əsasında quraraq terrorun bütün formalarını rədd edir. Şeyx Muhəmməd ibn Raşid Əl Məktum belə buyurur: “ Bu region yalnız tolerantlığın mövcudluğu ilə digərlərinin dini, mədəni fikirlərini qəbul etməklə çiçəklənir. Şeyx Məhəmməd ibn Zəid Ən-Nəhayan BƏƏ-nin həmişə sülhə çağırış etdiyini və xalqlar arasında tolerantlıq rəmzi olduğunu vurğulayır

BƏƏ -də tolerantlığın əsasları:

1- İslam

2- BƏƏ-n konstitusiyası

3- Şeyx Zəidin irsi ( Əxlaqi irsi)

4- Beynəlxalq konvensiyalar

5- Abidələr və tarix

6- İnsan fitrəti

7- Ümumi dəyər

Tolerantlıq barədə elan olunan mesajlar

• BƏƏ dünyada tolerantlıq mədəniyyətini yaymaq sahəsində üçüncü yerdədir

• BƏƏ tolerantlıq ,dinc yanaşı yaşamaq kimi dəyərləri alqışlayaraq və zorakılığı və radikalizmi rədd edən bir cox beynəlxalq öhdəliklərə qoşulmuşdur

• BƏƏ tolerantlıq nümunəsi hesab olunur.Burada 200-dən artıq millətin nümayəndəsi dinc və əmin - amanlıq şəraitində yaşayır

• Tolerantlıq BƏƏ - inin xarici siyasətində əsas sütunlardan biridir

• BƏƏ dövlət səviyyəsində bir sıra qanunlar qəbul etdi ki, burada da tolerantlıq mədəniyyəti önəmli rol oynadı

• BƏƏ hökuməti tolerantlığın möhkəmlənməsi və multukulturalizmin inkişafına böyük diqqət yetirərək irqi ayrı-seçkiliyi və nifrəti rədd edir

• BƏƏ-in konstitusiyasinın 25,32,40 –ci maddələri bərabərliyi, ehtiram əsas tutur, irqi- ayrı seçkiliyi rədd edir

• BƏƏ-in ictimai mühiti Şeyx Zəid və onun əvvəlki sülaləsinin timsalında tolerantlıq , sülh və multikulturalizmə böyük önəm vermişlər

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti