Rüşvət alarkən tutulan nazir: `Günahsızam...` (Video)

Rüşvət alarkən tutulan nazir: `Günahsızam...` (Video)
  15 Noyabr 2016    Oxunub:2771
Rusiyada böyük məbləğdə rüşvət alarkən saxlanılan iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.
AzVision.az-ın məlumatına görə, İstintaq Komitəsinin mətbuat katibi Svetlana Petrenko “RİA Novosti”yə açıqlamasında bildirib ki, A. Ulyukayev “Başneft”in satın alınması ilə bağlı müsbət rəy verməyə görə “Rosneft”dən rüşvət tələb edib.

Nazir “dövlət vəzifəsi tutan şəxsin böyük həcmdə rüşvət alması” maddəsi ilə ittiham olunub.

“TASS” xəbər verir ki, Ulyukayev rüşvət alması faktını rədd edib, hər hansı digər hüquqazidd hərəkətlər etmədiyini və günahsız olduğunu bildirib.

Qeyd edək ki, “Rosneft”in nazirin qanunsuz hərəkəti ilə bağlı müraciətindən sonra A. Ulyukayev 2 milyon dollar məbləğində rüşvət alarkən saxlanılıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti