Aleksey Ulyukayev ev dustaqlığına buraxılıb

Aleksey Ulyukayev ev dustaqlığına buraxılıb
  16 Noyabr 2016    Oxunub:1643
Rusiyanın İqtisadi inkişaf naziri Aleksey Ulyukayev məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
"RİA Novosti" agentliyi xəbər verir ki, nazirin ezamiyyət adı ilə xaricdə istintaqdan gizlənməməsi və şahidlərə təzyiq göstərə bilməməsi üçün ona ev həbsi verilib.

Nazir iki milyon dollar həcmində rüşvət almaqda ittiham edilir. İstintaq komitəsi bəyan edib ki, A.Ulyukayev pulu götürərkən cinayət başında həbs edilib.

Ulyukayev məhkəmədə günahını etiraf etməyib və özünü təqsirsiz bildiyini deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti