ABŞ İrana qarşı sanksiyaların vaxtını uzatdı

ABŞ İrana qarşı sanksiyaların vaxtını uzatdı
  16 Noyabr 2016    Oxunub:1472
ABŞ Nümayəndələr Palatası İrana qarşı tətbiq edilən sanksiyaları daha 10 il müddətinə uzadıb.

AzVision.az-ın məlumatına görə, Palatanın 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Bir nəfər isə sənədin əleyhinə çıxış edib.

Qanun layihəsi təsdiqlənməsi üçün Senata təqdim ediləcək.

Qeyd edək ki, yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti