Azərbaycan nefti 6% bahalaşdı

Azərbaycan nefti 6% bahalaşdı
  16 Noyabr 2016    Oxunub:1519
Azərbaycan nefti bahalaşıb.
AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 2,63 dollar və ya 5,93% artaraq 46,95 dollar təşkil edib.

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar azalaraq 45,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,02 dollar artaraq 46,97 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti