Türkiyə 6 ildən sonra İsrailə səfir təyin etdi

Türkiyə 6 ildən sonra İsrailə səfir təyin etdi
  16 Noyabr 2016    Oxunub:1650
Türkiyə altı ildən sonra İsrailə yeni səfir təyin edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni səfir Kamal Ökem Ərdoğan təyin olunub.

Türkiyə və İsrail hökumətləri tərəfindən təsdiqləndikdən sonra səfirlərin qısa müddətdə fəaliyyətə başlayacağı gözlənilir.

Artıq İsrail də Türkiyəyə yeni səfir təyin edib. Tel-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq.

Qeyd edək ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. Həmin dövrdə Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın edib. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb. Bu il iyunun 29-da İsrail hökuməti Türkiyə ilə normallaşma razılaşmasını təsdiqləyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti