Ərdoğan Almaniyanı sərt tənqid etdi: `Bir gün sizi də...`

Ərdoğan Almaniyanı sərt tənqid etdi: `Bir gün sizi də...`
  16 Noyabr 2016    Oxunub:1875
“Terror bumeranq kimi dönüb, bir gün Almaniyanı da vuracaq".
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Almaniya yanlış oyun oynayır. Qərb hələ də terrora yataq verir. Biz terrorçuların nə etdiyini və onlara verilən dəstəyi görürük. Bir tərəfdən PKK-ya terrorçu deyirsiniz, digər tərəfdən dolayı və ya birbaşa yolla dəstək verirsiniz. Bu, necə dostluq, necə dürüstlükdür? Biz belə bəyanatlardan çox, terrora qarşı mübarizədə əməli fəaliyyətə üstünlük veririk. Terrorla bağlı indiyə qədər Almaniyaya 4 500 dosye təqdim etmişik. Almaniya isə onlardan yalnız 6-na baxıb", - deyə Ərdoğan Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin Türkiyəyə səfərini şərh edərkən bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti