Putinin köməkçisi həbs oluna bilər - Ulyukayevin cinayət işi

Putinin köməkçisi həbs oluna bilər - Ulyukayevin cinayət işi
  16 Noyabr 2016    Oxunub:2105
Rusiyada 2 milyon rüşvət almaqda ittiham edilərək saxlanılan sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin yaxın çevrəsində araşdırmalar aparılır.
AzVision.az xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbə “Ria Novosti”-yə bildirib ki, yaxın vaxtlarda cinayət işi ilə əlaqədar daha yeddi məmur istintaqa cəlb olunacaq: “Bu, bir nəfərin görə biləcəyi iş deyil. Hələlik söhbət ondan gedir ki, yeddi yeni şəxs bu işə cəlb edilə bilər”, - deyə mənbə qeyd edib.

“Vedomosti” qəzetinin məlumatına görə, barəsində əməliyyat tədbirləri aparılan məmular arasında baş nazirin müavini Arkadi Dvorkoviç, prezidentin köməkçisi Andrey Belousov, İqtisadi İnkişaf Nazirliyinin departament direktoru Oksana Tarasenko və İqor Şuvalovun köməkçisi Marina Romanovanın da adı var.

Qəzet Dvorkoviç və Belousovun “Başneft” dövlət səhmləri paketinin özəlləşdirilməsinə “Rosneftin” buraxılmasına qarşı açıq şəkildə etiraz etməsinə diqqət çəkib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti