Qanun təsdiqləndi - Deputatlar cərimələnəcək
Məlumata əsasən parlamentin bir plenar iclasını buraxan deputat aylıq əmək haqqısının 1/6 biri məbləğində cərimələnəcək.
Qeyd edək ki, Rusiya Dövlət Dumasında plenar iclaslar zamanı qeydiyyat gündə üç dəfə (10:00, 12:30 və 16:00) aparılır.
Deputat palatanın iclasında iştirakçı kimi sayılmaq üçün heç olmasa bir dəfə qeydiyyatdan keçməlidir.
Düzəlişlərə əsasən, deputatların nöqsanlarını palatanın Reqlament və İşlərin Təşkili Komitəsi aşkar edəcək.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


