ABŞ geri çəkildi, YPG Menbiçdən çıxır

ABŞ geri çəkildi, YPG Menbiçdən çıxır
  16 Noyabr 2016    Oxunub:2898
PKK-nın Suriyadakı qolu PYD və onun silahlı qanadı YPG Suriyanın Menbiç şəhərini tərk edəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk deyib. Onun sözlərinə görə, terror qruplaşması Fərat çayının şərq hissəsinə çəkiləcək.

Amerkialı diplomat prosesin yerli qüvvələrə İŞİD-lə mübarizə üçün təlimlər keçirildikdən sonra baş verəcəyini qeyd edib.

Qeyd edək ki, PYD terror qruplaşmasının Menbiçdə olması səbəbindən Ankara-Vaşinqton arasında uzun müddətdir ciddi gərginlik yaşanırdı. Belə ki, PYD-YPG-nin əsas mərkəzi məhz Menbiçi şəhəri hesab olunur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti