Merkel Ştaynmayeri prezident görmək istəyir

Merkel Ştaynmayeri prezident görmək istəyir
  16 Noyabr 2016    Oxunub:1915
Almaniya kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb.
AzVision.az “RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Angela Merkel bəyan edib.

“Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənəcək doğru namizəddir. İnsanlar ona inana biləcəklərini hiss edirlər”, - Angela Merkel vurğulayıb.

Qeyd edək ki, ötən gün Almaniyada hakim koalisiyanı təmsil edən partiyanın liderləri xarici işlər naziri Frank-Valter Ştaynmayerin namizədliyinin ölkə prezidenti postuna irəli sürülməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, ölkə prezidenti Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti