Məmmədyarov Fransaya gedir

Məmmədyarov Fransaya gedir
  16 Noyabr 2016    Oxunub:1111
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfər əsnasında nazir Elmar Məmmədyarov noyabrın 17-də Fransa xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyrol ilə görüşəcək. Görüşdə Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin indiki vəziyyəti müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti