Rusların 63 faizi Putinin yenə prezident olmasını istəyir

Rusların 63 faizi Putinin yenə prezident olmasını istəyir
  17 Noyabr 2016    Oxunub:2000
Rusiya xalqının təxminən 63 faizi prezident Vladimir Putini 2018-ci ildən sonra da ölkə rəhbərliyində görmək istəyir.
AzVision.az xəbər verir ki, bunu “Levada Çenter” Sorğu Mərkəzinin həyata keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğuda iştirak edənlərin 18 faizi Putinin yenidən prezident seçilməsini istəmir.

2018-ci il seçkilərində Putinə rəqib çıxa biləcəyini düşünənlər isə sorğuda 26 faiz təşkil edir.

Qeyd edək ki, 2012-ci ildə keçirilən sorğuda Rusiya vətəndaşlarının 34 faizi Putini dəstəklədiyini bəyan etmişdi. 49 faiz isə Putinin yerinə alternativ olacağı qənaətində idi.

AzVision.az


Teqlər:





Xəbər lenti