Milli Şuranın mitinq müraciətinə baxıldı

Milli Şuranın mitinq müraciətinə baxıldı
  16 Avqust 2013    Oxunub:1146
Cavab hazırdır
Bu barədə AzVision.az-a İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov bildirib :

“Müraciətə baxılıb, cavab hazırdır, gəlib, cavabı götürə bilərlər.,mitinqin baş tutub-tutmayacağı barəsində indi heç nə deyə bilmərik, cavab məktubunu onlar götürəndən sonra bir söz deyə bilərdik. Milli Şuraya cavabımızın hazır olması barədə xəbər vermişik”.

Qeyd edək ki, Milli Şura 18 avqust mitinqi ilə bağlı BŞİH-ə rəsmi müraciət göndərərək mitinqin keçirilməsi üçün 4 yer təklif edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti