İrəvanda Məmmədyarovun imtina etdiyi sammit başladı

İrəvanda Məmmədyarovun imtina etdiyi sammit başladı
  17 Noyabr 2016    Oxunub:1664
Bu gün İrəvanda Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin xarici işlər nazirlərinin VIII qeyri-rəsmi görüşü keçirilir
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, görüşdə, Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan və digər avropalı rəsmilər iştirak edirlər.

Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edəcəklər.

Ötən gün Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanı bu görüşdə heç kim təmsil etməyəcək.

Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti