Prokuror Dəmirtaşa 5 il həbs istədi

Prokuror Dəmirtaşa 5 il həbs istədi
  17 Noyabr 2016    Oxunub:1751
PKK terror təşkilatını təbliğ etdiyinə görə həbs edilən Xalqların Demokratiyası Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaşın ilk məhkəmə iclası keçirilib.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Adana 2-ci Ağır Cəza Məhkəməsindəki iclasda Dəmirtaşı müdafiə etmək üçün bir neçə vəkil iştirak edib.

Məhəkəmədə iştirakı üçün Ədirnə həbsxanası ilə səs və görüntülü əlaqə yaradılsa da, Dəmirtaş bundan imtina edib və ifadəsi ilə bağlı bəyanat yayacağını bildirib.

Bundan sonra Dəmirtaşın vəkillərindən Vedat Özkan müvəkkili ilə görüşüb, bəyanatı alacağını deyib və bununla bağlı məhkəmənin təxirə salınmasını istəyib.

Hakim vəkilin vəsadətini təmin edib və məhkəmənin növbəti iclasını 10 yanvar tarixinə təyin edib.

Qeyd edək ki, prokuror Dəmirtaşa 5 il həbs cəzasının verilməsini tələb edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti