Türkiyədə 20 mindən çox hərbçi ordudan xaric edilib

Türkiyədə 20 mindən çox hərbçi ordudan xaric edilib
  17 Noyabr 2016    Oxunub:2420
Türkiyədə 20 mindən çox hərbçi və hərbi məktəblərin kursantları FETÖ təşkilatı ilə əlaqədə olduqlarına görə ordudan xaric olunub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.

“Bu günə qədər 3665 nəfər FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinərək Türkiyə Silahlı Qüvvələrinin sıralarından xaric olunub. 16423 nəfəri hərbi məktəblərin kursant olmaqla, ümumilikdə Türkiyə silahlı Qüvvələrindən kənarlaşdırılan şəxslərin sayı 20088 olub. 2855 nəfərə qarşı isə cinayət işi davam etdirilir”, - deyə nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti