Tramp ABŞ tarixində ən varlı prezidentdir

  17 Noyabr 2016    Oxunub : 1183
Tramp ABŞ tarixində ən varlı prezidentdir
Amerikada prezident seçkilərində qalib gələn Donald Tramp ABŞ-ın ən varlı prezidentidir.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 6 dəfə iflasa uğramasına baxmayaraq, Tramp yenidən milyardlarla dollar sərvət qazana bilib.

Bundan öncə ABŞ-a prezidentlik etmiş Bill Klinton 75, Herbert Hoover 82, John F. Kennedi 100, Lindon Baines Cohnson 108, Jeyms Madison 112, Andryu Jakson 131, Theodor Ruzvelt 138, Tomas Cefferson 234, Corc Vaşinqton isə 580 milyon dollarlıq sərvətə malik olub. Trampın sərvəti isə 3.7 milyard dollar təşkil edir.

Trampın sərvəti 9 ən varlı prezidentin pulundan çoxdur. Yeni prezident bu göstəri ilə tarixə düşmüş hesab olunur.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: