İki partiya mitinqə `yox` dedi

İki partiya mitinqə `yox` dedi
  16 Avqust 2013    Oxunub:1106
Milli Şura avqust ayının 18-də ümumrespublika mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova artıq müraciət göndərib.

Milli Şura mitinq üçün H.Abutalıbovdan 4 yer istəyib; metronun “Nəriman Nərimanov” stansiyasının qarşısı, “Dərnəgül” metrosunun qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısı və Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin stadionu.


Maraq doğuran məqamlardan biri də 18 avqust mitinqinə Milli Şurada təmsil olunmayan partiyaların dəstək verib-verməyəcəyidir.

ADP sədri Sərdar Cəlaloğlu moderator.az-a bildirib ki, Milli Şuranın mitinq qərarına dəstək verməyəcəklər: “Biz Milli Şuranın üzvü deyilik və bu qurumu milli bir təşkilat kimi tanımırıq. Odur ki, 18 avqust mitinqində iştirak etmək fikrimiz də yoxdur”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də rəhbəri olduğu təşkilatın aksiyaya qatılmayacağını bəyan edib.



Teqlər:  





Xəbər lenti