ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi

ABŞ Milli Kəşfiyyatının direktoru istefa verdi
  18 Noyabr 2016    Oxunub:1789
ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper istefa verib.
CNN xəbər verir ki, o, Konqresdə dinləmələr zamanı Donald Trampın hakimiyyətə gəlişi fonunda istefa verdiyini bildirib.

İnformasiyaya əsasən, Ceyms Klepper bu qərarı gecə qəbul etdiyinin də söyləyib.

"Donald Trampın səlahiyyətlərinin icrasına 64 gün qalır. Gecə istefa haqda məktubumu təqdim etdim. Özümü çox rahat hiss edirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, 75 yaşlı Klepper 2010-cu il avqustuun 9-da Milli Kəşfiyyatın direktoru təyin edilib. O, 1992-1995-ci illərdə Müdafiə Kəşfiyyatı Agentlyinin ilk direktoru vəzifəsində işləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti