Toy yasa döndü - 16 ölü, 30 yaralı var

Toy yasa döndü - 16 ölü, 30 yaralı var
  18 Noyabr 2016    Oxunub:2804
İraqın qərbində yerləşən Enbar vilayətində toyda partlayış törədilib. Hadisə nəticəsində azı 16 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bomba yüklü avtomobil Bağdaddan 50 km aralı Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti