Trampın xarici ölkə lideri ilə ilk görüşü

Trampın xarici ölkə lideri ilə ilk görüşü
  18 Noyabr 2016    Oxunub:2570
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk dəfə xarici ölkə lideri ilə görüş keçirib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Donald Tramp noyabrın 17-də Nyu-Yorkda Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.

Görüşdə müzakirə olunmuş mövzular barədə məlumat açıqlanmır.

Görüşdən sonra Abe gələcəkdə Trampla etibarlı əlaqələr qura biləcəyini vurğulayıb: “Biz səmimi mühitdə çox məzmunlu danışıqlar apardıq. Mən bir çox məsələlər üzrə Yaponiyanın mövqeyini açıqladım. Əminəm ki, biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla etibarlı əlaqələr qura biləcəyik”, - deyə Abe bildirib.

Yaponiya lideri görüşün detallarını açıqlamayıb. Abe görüşün qeyri-rəsmi olduğunu qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti