Türkiyədə prezidentin andiçmə mətni dəyişdirilir

Türkiyədə prezidentin andiçmə mətni dəyişdirilir
  18 Noyabr 2016    Oxunub:2350
Türkiyə Konstitusiyasında prezidentin andiçmə mətninin dəyişdirilməsi təklif olunur.
AzVision.az “Haber7”-yə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyətçi Hərəkat Partiyasına (MHP) təqdim etdiyi Konstitusiyaya dəyişikliklərdə bu müddəa yer alıb.

Məlumata əsasən dəyişikliklərə səbəb andiçmə mətninin uzun olması, həmçinin Baş Nazirlik və Nazirlər Kabinetinin ləğv edilməsi göstərilir. Mətnin qısaldılaraq, anlaşılan və düzgün bir hala salınacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti