`Merkellə bir neçə dəfə görüşmüşəm` - Xalq artisti
Xalq artisti AzVision.az-a açıqlamasında bu barədə xəbərin yayılmasını istəmədiyini deyib: “Dünya məşhurlarının kompakt disklərində mənim musiqilərimin olması ilə bağlı sizə xeyli məlumat verə bilərəm. Mən bunu xəbər mövzusu hesab etmirəm. İstəməzdim ki, bu məlumat yayılsın. Hamının diskində mənim əsərlərim yer alıb”.
F.Əlizadə kansler Merkellə bir neçə dəfə görüşdüyünü əlavə edib: “Mən dəfələrlə xanım Merkellə görüşmüşəm. İlk dəfə Almaniya İncəsənət Akademiyasının dəvəti ilə ora getmişdim. Məlumat üçün deyim ki, həmin Akademiyanın üzvüyəm. Akademiyanın illik iclaslarında Merkel həmişə iştirak edib. Digər rəsmilər də iştirak edirlər. Merkel iclas zamanı bizim hər birimizin əlini sıxıb, “Necəsiniz?” deyə soruşdu. Merkellə müxtəlif təmaslarımız olub. Amma mən bunu böyük hadisə hesab etmirəm. Hərdən Merkelə yaxınlaşıb, rahat söhbət etmək mümkündür”.
Hafiz Əhmədov
AzVision.az
Teqlər: