Məğlub Klinton tanınmaz hala düşüb - FOTOLAR

Məğlub Klinton tanınmaz hala düşüb - FOTOLAR
  18 Noyabr 2016    Oxunub:28288
ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton seçkilərdə məğlub olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

AzVision.az xəbər verir ki, Vaşinqtonda "Uşaqların müdafiə fondu"nun yığıncağında çıxış edən Klinton evdən bayıra çıxmaq istəmədiyini deyib.

"Son həftə ərzində yaxşı bir kitabla, saxladığımız itlərlə qaydaya düşmək və daha heç vaxt evdən bayıra çıxmamaq istəyirdim", - deyə Klinton bildirib.



Bir sıra ekspertlər Hillarinin zahiri görünüşündə yaranan problemlərə diqqət çəkib. Görünür, bu, prezident seçkilərində məğlubiyyətin və bundan sonra yaşanan stressin nəticəsidir. Bundan əlavə, Hillarinin möhtəşəm makiyajından əsər-əlamət qalmayıb.

Seçkiqabağı kampaniya zamanı Klintonun makiyajını ABŞ-ın ən yaxşı vizajistlərindən biri - Kriss Blevens edirmiş. Blevens xüsusi olaraq Hillari üçün üç rəng tonunu birləşdirərək onun dodaqlarına yaraşan və gözlərinin rəngi ilə üst-üstə düşən eksklüziv rəng tonu yaradıb.

Stilist Hillarinin gözlərini model və məşhurların sevimli sirri olan “Smokey eye” makiyajı ilə bəzəyib. Kriss tonal kremə xüsusi diqqət yetirərək 69 yaşlı Hillari Klintonu sözün əsl mənasında parıldadır və öz yaşından xeyli cavan göstərirdi.



Lakin ötən gün keçirilən mərasim vaxtı bunların heç biri yox idi. Hillari bura makiyajsız gəlmişdi və mərasimdə 70 yaşlı xanım kimi görünürdü.

Klinton mərasimdə saçlarına belə əl gəzdirməmişdi. Lakin əvvəllər o, hər görüşdən əvvəl Nyu-Yorkun ən məşhur salonlarından birində saçlarını qaydaya salırmış.

“Daily Mail”-in məlumatına görə, Klinton hər dəfə Con Barretin salonunda saçlarının formaya salınmasına görə, 600 dollar xərcləyib.



Görünür, seçkiqabağı kampaniya zamanı Klintonun aldığı bahalı eleqant kostyumlar da bundan sonra şkafda tozlanacaq. Uşaq Fondunda keçirilən gecəyə Klinton aksessuarsız və bəzəksiz gəlib. Onun partiyası xüsusi olaraq Hillari üçün ABŞ-ın ən məşhur jurnallarından biri “Vogue”un baş redaktoru Anna Vinturu bu işə cəlb etmişdi. Siyasi rəqibləri onu tənqid etdiyi üçün Klinton stilistin köməyinə müraciət etməli olub.

Bu ilin aprel ayında Hillarinin seçiciləri ilə görüşə bahalı paltoda gəlməsi qalmaqla səbəb olmuşdu. Onun rəqiblərinin sözlərinə görə, Klintonun paltosu məşhur moda evi olan “Armani”dən alınıb və dəyəri 12 500 dollardır.

Hillarının belə bahalı paltar geyinərək tribunada sosial bərabərlik və işsizlikdən danışması diqqət çəkib. “O doğurdan da yoxsulluq haqqında hər şeyi bilir?”, - deyə ABŞ KİV-i yazırdı.

Stilist Petsi Sissneros “The New York Post” nəşrinə bildirib ki, Klinton öz qarderobunun yenilənməsinə ən azı 200 min dollar xərcləyib.

Palto ilə bağlı qalmaqaldan sonra Hillari moda aləmində bir nömrə olan Anna Vinturu işə götürüb. Həmin vaxt Anna qərar verib ki, Hillari seçicilərlə görüşə yalnız ABŞ dizaynerlərinin yaratdığı, orta təbəqənin ala biləcəyi geyimlərlə çıxmalıdır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti