`Trampın ulduzunu oğurlayıb, satmaq istəyirdim`

`Trampın ulduzunu oğurlayıb, satmaq istəyirdim`
  18 Noyabr 2016    Oxunub:1763
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Məşhurlar Xiyabanındakı ulduzuna qarşı vandalizm aktı törədən şəxs tapılıb.
AzVision.az “Associated Press”-ə istinadən xəbər verir ki, Ceyms Otis adlı şəxs üç il müddətinə azadlıqdan məhrum oluna və ya 10 min dollar məbləğində cərimələnə bilər.

Otisin sözlərinə görə, o, Trampın ulduzunu oğurlayıb, satmaq istəyib. Əldə olunan gəliri isə Tramp tərəfindən zorakılığa məruz qalan qadınlara yönləndirəcəkmiş.

Qeyd edək ki, Trampın Hollivudun Məşhurlar Xiyabanındakı ulduzu oktyabrın 28-i vandalizmə məruz qalıb. Los Anceles polisi ulduzun çəkici ilə dünən sübh çağı dağıdıldığını bildirir.

Ticarət Palatası ulduzun 2500 dollar dəyəri olduğunu bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti