Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunda daha bir itki
  18 Noyabr 2016    Oxunub:4572
Ermənistan ordusunun Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçisi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə pulemyotçu əsgər İvan Davit Hayrapetyanın meyiti aşkarlanıb.

Onun ağız və baş nahiyyəsindən dəyən güllə nəticəsində öldüyü müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti