Türkiyə Rusiyadan `C-400` raketləri alır

Türkiyə Rusiyadan `C-400` raketləri alır
  18 Noyabr 2016    Oxunub:2145
Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə danışıqlar aparır.
AzVision.az “RİA Novosti”-yə istinadən verdiyi bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. Nazirin sözlərinə görə, danışıqlar hazırda yalnız Rusiya ilə deyil, digər ölkələrlə də aparılır:

“Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun hədəfimiz bu sistemi ölkəmizdə istehsal etməkdir”.

Qeyd edək ki, Türkiyə hələ 2009-cu ildə bu raket komplesklərini Rusiyadan almaq istəyib. Lakin danışıqlar uğursuzluqla yekunlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti