Türklər FETÖ-yə görə Almaniyaya qaçır

Türklər FETÖ-yə görə Almaniyaya qaçır
  18 Noyabr 2016    Oxunub:2229
Almaniyada sığınacaq istəyən türklərin sayı kəskin şəkildə artıb.
AzVision.az “DW”-yə istinadən xəbər verir ki, 2016-cı ilin 10 ayı ərzində 4437 Türkiyə vətəndaşı bu ölkədən sığınacaq istəyib.

Faktı Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi təsdiqləyib.

Almaniyada sığınacaq istəyən türklərin sayının artması Türkiyədə FETÖ təşkilatına qarşı keçirilən əməliyyatlarla əlaqələndirilir. Əgər ilin əvvəlində hər ay 350 nəfər qaçqın statusu almaq istəyirdisə, avqustda belə insanların sayı 375, sentyabrda 446, oktyabrda isə 485 olub.

Qeyd edək ki, ötən il ümumilikdə 1767 türk, 2014-cü ildə isə 1806 Türkiyə vətəndaşı Almaniyadan sığınacaq istəyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti