Lavrov fransalı nazirlə Qarabağı müzakirə edib

Lavrov fransalı nazirlə Qarabağı müzakirə edib
  18 Noyabr 2016    Oxunub:1946
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın xarici siyasət idarəsinin başçısı Mark Eyro ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ probleminin həllinin axtarışı ilə bağlı fəaliyyətini müzakirə edib.
RF XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, noyabrın 17-də Fransa tərəfin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri S.Lavrov ilə Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri R.-Mark Eyro arasında telefon söhbəti olub.

Məlumatda deyilir: “Nazirlər Ukraynada daxili böhranın aradan qaldırılmasına dair Minsk sazişlərinin yerinə yetirilməsi kontekstində “Normand dördlüyü”nün birinci dərəcəli vəzifələrini müzakirə edib, bu sazişlərin siyasi hissəsini yerinə yetirməyin zəruri olmasını vurğulayıblar. Yaxın Şərqdə vəziyyətin tənzimlənməsinə kömək məsələlərinə toxunulub”.

Rusiya və Fransanın xarici siyasət idarələrinin başçıları Suriyada vəziyyəti və Rusiya-Fransa ikitərəfli münasibətlərin cari gündəliyini və ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ probleminin həllinin axtarışı ilə bağlı fəaliyyətini müzakirə ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti