`Saakaşvili Gürcüstana verilməyəcək` - Baş prokuror

`Saakaşvili Gürcüstana verilməyəcək` - Baş prokuror
  18 Noyabr 2016    Oxunub:2701
Ukraynanın Baş prokuroru Yuri Lutsenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin Gürcüstana təhvil veriləcəyi barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, “112 Ukrayna” televiziyasına açıqlamasında Baş prokuror xəbəri təkzib edib.

O, bildirib ki, Ukrayna öz vətəndaşlarını başqa ölkələrə təhvil vermir.

***

Ukrayna Gürcüstanın keçmiş prezidenti, Odessa şəhərinin sabiq qubernatoru Mixail Saakaşvilini Gürcüstana təhvil verə bilər.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” Ukrayna Prezidenti Administrasiyasında olan mənbəyə istinadən məlumat yayıb.

Məlumatda vurğulanır ki, ölkə rəhbərliyi qanunu şəkildə onu vətəndaşlıqdan məhrum edə bilməyəcəyi üçün bu yola əl atmağı düşünür.

Eyni zamanda başqa bir mənbə bildirib ki, Saakaşvili və Ukrayna prezidenti Petro Poroşenko arasında Gürcüstandakı parlament seçkilərinə qədər münasibətləri pozmamağa dair gizli razılaşma olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti