Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlamentinə yeni sədr seçildi
  18 Noyabr 2016    Oxunub:2152
Gürcüstan parlamentinin yeni sədri bəlli olub.
Qanunverici orqanın bu gün keçirilən ilk iclasında parlament çoxluğu sədr vəzifəsinə İrakli Kobaxidzenin namizədliyini irəli sürüb. Keçirilən səsvermədə 118 səs alan İ.Kobaxidze parlamentin sədri seçilib.

Yeni sədr çıxışında bildirib ki, fəaliyyəti zamanı neytral olacaq: “Mən parlament sədrliyinin nə demək olduğunu və onun funksiyalarını çox yaxşı bilirəm. Əsas funksiyam ondan ibarət olacaq ki, hər partiya, hər deputat parlamentin işinə və ölkənin gələcəyinə töhfə vermək üçün maksimal imkan əldə etsin. Mən konstruktiv işi təmin etmək üçün hər şeyi edəcəyəm”.

Qeyd edək ki, İ. Kobaxidze “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının icraçı katibi idi.

Parlamentin ilk iclasında fraksiyalar da formalaşdırılıb. Hakim “Gürcü Arzusu” və müxalifətdəki Vahid Milli Hərəkat hərəyə 2 fraksiya yaradıblar. 5-ci fraksiyanı isə 6 deputatı olan “Vətənpərvərlər İttifaqı” formalaşdırıb. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti