Sabiq prezidentə 10 il həbs verildi

Sabiq prezidentə 10 il həbs verildi
  19 Noyabr 2016    Oxunub:2776
Ekvador Futbol Federasiyasının eks prezidenti Luis Çiriboqa Beynəlxalq Futbol Federasiyasında (FİFA) maliyyə fırıldaqçılığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az "Reuters"-ə istinadən xəbər verir ki, Luis Çiriboqa ölkənin Futbol Federasiyasında çirkli pulların yuyulmasında təqsirli bilinir.

Federasiyanın sabiq xəzinədarı Uqo Mora da 10 il müddətinə həbs olunub.

Qeyd edək ki, ötən ilin əvvəlində Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti vəzifəsinə seçilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti