Süni ürək köçürən cərrahın ürəyi dayandı

Süni ürək köçürən cərrahın ürəyi dayandı
  19 Noyabr 2016    Oxunub:2910
Dünyada ilk dəfə insana süni ürək köçürülməsi əməliyyatını həyata keçirən cərrah Denton Kuli ABŞ-da vəfat edib
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 96 yaşlı cərrah Hyustondakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Denton Kuli 1968-ci ildə dünyada ilk dəfə olaraq uğurlu ürəkköçürmə əməliyyatı aparıb. Bundan sonra o, 100 minə yaxın əməliyyat aparıb və bir sıra mükafatlara layiq görülüb.

Onların arasında ABŞ-da mülki şəxslərə verilən yüksək mükafatlardan biri – Azadlıq prezident medalı da var.

AzVision.az



Teqlər:  





Xəbər lenti