Təhsil Nazirliyində kadr dəyişikliyi oldu

Təhsil Nazirliyində kadr dəyişikliyi oldu
  16 Avqust 2013    Oxunub:1172
Təhsil nazirinin sabiq müavini Qulu Novruzovun Təhsil Problemləri İnstitutunun direktoru təyin edilməsi xəbəri təsdiqlənib.

Təhsil Problemləri İnstitutundan APA-ya verilən məlumata görə, avqustun 15-də Qulu Novruzov institutun kollektivinə təqdim edilib. Yeni direktorun təqdimatı təhsil nazirinin müavini Ceyhun Bayramov tərəfindən aparılıb.

C. Bayramov bildirib ki, bu vaxta kimi Təhsil Problemləri İnstitutu təhsil siyasətindən, təhsil sahəsindəki işlərdən nisbətən kənarda qalıb. Lakin yeni direktorun təyin olunmasından sonra institutun fəaliyyətinin daha da genişləndirilməsinə və buradakı kadrların potensialından daha çox istifadə edilməsinə çalışılacaq.

Qeyd edək ki, Təhsil Problemləri İnstitunun keçmiş direktoru Abdulla Mehrabov səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən azad edilib.



Teqlər:





Xəbər lenti