İŞİD Avropada terror hazırlayır

 İŞİD Avropada terror hazırlayır
  19 Noyabr 2016    Oxunub:2693
Niderlandın xüsusi xidmət orqanları İŞİD qruplaşmasının Avropada terror hücumları hazırladığı barədə məlumat yayıb.
AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, məlumatda Avropa ölkələrində qruplaşmanın 60-80 yaraqlısının olduğu bildirilir.

Terrorla mübarizə üzrə koordinator Dik Shoof İŞİD-in potensial tərəfdarlarının Suriya və İraqa getməyərək, Avropada hücum planları hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu səbəbdən son altı ay ərzində hər iki ölkədə döyüşən yaraqlıların sayında artım müşahidə olunmur. Lakin bu, potensial terror təhlükəsinin azalması demək deyil.

Məlumatda, həmçinin qeyd olunur ki, Avropadan İraq və Suriyada döyüşən “xarici yaraqlıların” sayı təxminən 4-5 min nəfərdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti