Saakaşvili Poroşenkonu devirmək istəyir - Anons verildi

Saakaşvili Poroşenkonu devirmək istəyir - Anons verildi
  20 Noyabr 2016    Oxunub:4477
Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynada hakimiyyət uğrunda mübarizəyə başlandığını bəyan edib.

AzVision.az xəbər verir ki, Saakaşvili bu barədə Facebook səhifəsində yazıb. Bildirib ki, bu gün bütün Ukraynadan təşəbbüs qruplarının yüzə yaxın təmsilçisi ilə görüşüb:

“Onlar bizim ofisə toplanmışdı. Görüşümüz Ukrayna Təhlükəsizlik İdarəsinin müşahidəsi altında keçirilsə də, hamıda belə bir hiss vardı ki, biz vacib bir yeniliyin başlanğıcındayıq və köhnə siyasi klanlar bunu dayandıra bilməz. Biz Ukraynanın bütün regionlarında işə start vermişik”.

Saakaşvili Ukraynada köklü hakimiyyət dəyişikliyinə başladıqlarını qeyd edərək tərəfdarlarını noyabrın 27-də Kiyevin mərkəzinə “Açıq Rada”ya toplaşmağa dəvət edib.

Qeyd edək ki, Saakaşvili qubernator vəzifəsindən istefa verdikdən sonra Ukrayna prezidenti Pyotr Poroşenko ilə münasibətləri kəskin pisləşib.

AzVision.az


Teqlər:  





Xəbər lenti