Dəhşətli qatar qəzası - 120 ölü (Yenilənib)

Dəhşətli qatar qəzası - 120 ölü (Yenilənib)
  20 Noyabr 2016    Oxunub:2553
Hindistanın Pukrayan şəhərinin yaxınlığında qatar relsdən çıxaraq qəzaya uğraması nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralı sayının 200- yaxın olduğu bildirilir.

***

Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb.

Qəzada 200-dən çox insan yaralanıb. Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib.

Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.

***

Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 91-a çatıb.

“RİA Novosti”nin verdiyi məlumata görə, ən azı 100 nəfər yaralı var. Qəzanın dəmir yolu relsinin qırılması nəticəsində baş verdiyi ehtimal edilir.

***

Hindistanda dəhşətli qatar qəzası baş verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 vaqondan ibarət qatarın relsdən çıxması nəticəsində ən azı 63 nəfər ölüb, 150 insan yaralanıb.

Məlumatı Uttar Pradeş ştatının Kanpur şəhərinin baş polis inspektoru Zəki Əhməd təsdiqləyib.

Qeyd edək ki, hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti