Ərdoğan Trampla görüşə bilər

Ərdoğan Trampla görüşə bilər
  20 Noyabr 2016    Oxunub:1555
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşə bilər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşün gələn keçirilməsi gözlənilir.

“Mən dekabr ayında Çikaqoda ABŞ müsəlmanlarının illik görüşünə gedə bilərəm. Əgər bu səfər baş tutsa, bizim Trampla görüşümüz təşkil oluna bilər”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı zəng edərək təbrik edib.

AzVision.az


Teqlər:





Xəbər lenti