Misir prezidentini öldürmək istədilər

Misir prezidentini öldürmək istədilər
  20 Noyabr 2016    Oxunub:2254
Misirin təhlükəsizlik qüvvələri ölkə Prezidenti Əbdülfəttah əs-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.
TASS xəbər verir ki, bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.

Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir Prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir Prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.

Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti