İlham Əliyevə 38 min imza toplanıb

İlham Əliyevə 38 min imza toplanıb
  16 Avqust 2013    Oxunub:971
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi üçün imzatoplama işlərini yekunlaşdırır.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, YAP-ın 84 rayon-şəhər təşkilatlarında 125 dairədən imzaların toplanma işləri yekunlaşdırılmaq üzrədir: "Bu gün təxminən saat 12:00 radələrinə qədər Yeni Azərbaycan Partiyasının seçki qərərgahına 37 min 800 imza daxil olub və bu da bizim ekspert qrupları tərəfindən yoxlanılır. Az miqdarda imza vərəqələri qalıb ki, onlar da uzaq rayonlardan, o cümlədən Naxçıvan Muxtar Respublikasından artıq yola salınıb. Bu gün demək olar ki, günün sonuna Yeni Azərbaycan Partiyası öz prezidentliyə namizədinin müdafiəsi üçün tələb olunan imzatoplamanı başa çatdıracaq".

S.Novruzov qeyd edib ki, qanunvericiliyin tələbinə uyğun olaraq bu imzalar səhifələnib, protokollaşdırlacaq: "Qanunvericilikdə belədir ki, imzalar seçki gününə ən tezi 50 gün, ən geci isə 30 gün qalmış təqdim olunmalıdır. Biz 50 gün qalmış, yəni avqustun 20-də imzaları Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik".(trend)


Teqlər:  





Xəbər lenti